Ədliyyə Nazirliyi işçi axtarır

 

 

adliyye

Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyası bildirir ki, həmin mərkəzə qulluğa qəbulla bağlı son müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər hazırda peşə fəaliyyətinə buraxılma məqsədilə Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

XALQ.AZ məlumat verir ki, bununla belə Məhkəmə ekspertizası mərkəzində vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyac nəzərə alınaraq növbəti açıq müsabiqə elan edilir.

Vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Arzu edənlər 2017-ci ilin oktyabr ayından etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:

Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi, 24, tel: (012) 498-09-71);

Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);

Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);

Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmiş, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Scroll to top