Əflatun Amaşov Gürcustanda iclasda çıxış etdi

Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən iclasında məruzə edib

 

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ci iclasında məruzə ilə çıxış edib.

Şuradan XALQ.AZ-a verilən məlumata görə, Deputat bildirib ki, Qara dəniz regionu enerji daşıyıcılarının dünya bazarına çıxarıldığı başlıca strateji regiondur. Buna görə də enerji məsələləri bölgənin taleyində mühüm yeri tutur. Regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursrları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün yol verir. Bu, həm də ona görə vacibdir ki, artıq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında da əksini tapır.

Deputat Ə.Amaşov onu da bildirib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirməsini mühüm vəzifə kimi müəyyənləşdirir. Ə.Amaşov çıxışında həmçinin dünyada artan enerji tələbatlarındakı statistik rəqəmlər, Azərbaycanın enerji siyasətindəki rolu və sair məsələlər barədə söz açıb.

Qeyd edək ki, deputatın çıxışı yüksək qiymətləndirilib və o, QDİƏT-in Parlament Assambleyasının iyulda İstanbulda keçiriləcək iclasında əsas məruzəçi kimi təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.