Əflatun Amaşov “Nəşriyyatın binası keçmiş sahiblərinə qaytarılsın”

Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif olunub.

XALQ.AZ məlumat verir ki, bu təklifi parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov irəli sürüb.

Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var: “Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var.Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla əldə edib, kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir”.Mətbuat Şurasının hüquqi statusu yenilənsə , medianın adından sui-istifadə halları da azalar.    “Azərbaycan Nəşriyyatının binası Mədəniyyət və Turizm Nazirliyinin reyestrində mədəniyyət abidəsi kimi qeydiyyatdadır. 1995-ci ildə bu bina “Bank Standart”ın baş ofisi kimi fəaliyyət göstərir. Təklif edərdim ki bu bina keçmiş sahiblərinə qaytarılsın. Orada Mətbuat Muzeyi yaradılsın”,-deyə Əflatun Amaşov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.