Əhaliyə xəbərdarlıq edildi

market

İstehlakçı hüquqlarının qorunmasında istehlakçı fəallığı mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyyə edir. Nazirlikdən XALQ.AZ-a verilən məlumata görə, istehlakçılardan saxlama müddəti ötmüş malların satışı, malların saxlanılması şəraitinə əməl olunmaması, ümumilikdə ticarət qaydalarının pozulması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Hüquqlarınızı tələb edin. Bu sizin haqqınızdır.

Scroll to top