Əhməd Vəliyevin təmtəraqlı yübileyinin hesabın kim ödədi?

ahmad

 

Azərbaycan məmurlarının özlərinə təmtəraqlı ad günü, yubiley tədbirləri keçirməsi dəfələrlə ən yüksək səviyyədə müzakirə predmetinə çevrilib.

 Bir sıra epizodlarda isə bu cür müzakirələr müxtəlif  fəsadlar yaradıb. Hətta bəzən sadəcə fəsad yaratmayıb  yubilyar ciddi tənqid olunub, işdən azad edilib, onu təbrik edənlər isə möhkəm qınağa tuş gəlməklə narahat günlər keçiriblər. 

XALQ.AZ məlumat verir ki,əlbəttə, söhbət  adi qaydada, təvazökar  doğum  günlərindən deyil, doğum gününü şouya çevirib bahalı hədiyyələr qəbul edən, yerli və xarici məşhur müğənnilərin iştirakı, oriyental rəqslərin, cilvəli rəqqasələrin bədəninin müxtəlif hissələrinə basılan pulların müşayiəti altında əndazəni aşan məmur orgiyalarından gedir. Təbii ki, belə yubiley tədbirləri gəlib ölkə başçısının da qulağına çatır, bəzən ona videomateriallar da təqdim olunur. Nəticə isə yuxarıda qeyd etdiyimiz kimi, yaxşı sonluqla bitmir.

XALQ.AZ məlumat verir ki,bu günlərdə “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev  prezident İlham Əliyevin Sərəncamı ilə 70 illik yübileyi ilə əlaqədar Şöhrət ordeni ilə təltif edildi.

rek

 

Şöhrət ordenini rektoraTəhsil naziri Mikayıl Cabbarov təqdim etdi. Bu hadisə Ölkə başçımızın xalq qarşısında xidmətləri olan şəxsləri qiymətləndirmək, gənc nəsilə bir örnək kimi dəyərləndirilir.

1222

XALQ.AZ-ın məlumatına görə  keçmiş deputat  “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev prezidentin Sərəncamı ilə Təhsil nazirinin təqdim etdiyi ordeni ilə qane olmayaraq Bakıda bahalı restoranda özünə təmtərəraqlı yübiley mcəlisi keçirib.Nazirlərdən,komitə rəhbərlərindən, deputatlardan, rektorlardan yenidən hədiyyə qəbul edib.

12

Bahalı restoranda baş tutan məclisdə iştirak edən qonaqlar arasında Mədəniyyət və Turizm nazirinin müavini  Ədalət Vəliyev,

1

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,

1211

İqtisad Universitetinin rektoru Ədalət  Muradov,

111

Baki Ali Neft Məktəbnin rektoru Elmar Qasımov,

1222

Əhməd Vəliyevin oğlu Təhsil nazirinin müşaviri Samir Vəliyev,Texniki Universitetinin prorektoru İlham Pirməmmədov və başqa rəsmi şəxslər iştirak etmişlər.

1111

Məclisdə rektorunun şəninə badələr qaldırılıb,təriflər şöylənilib.

ahmad

Qeyd edək ki, Odlar Yurdu Universiteinin rektoru Əhməd Vəliyev Milli Məclisin deputatı olmuşdur, lakin araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, seçildikdən sonra seçiciləri ilə görüş keçirməmişdir. Ancaq öz şəxsi ailə biznesini artıraraq böyük sərvətə malik olmuşdur. Araşdırmalarımız zamanı məlum olmuşdur ki,

odl

Əhməd Vəliyevin “Odlar Yurdu” Universitetindən savayı(qeyd edək ki, ölkədə universitetlər arasında Odlar  Yurdu universiteti ən yüksək ödənişlidir),

mugan

 

Muğan Bankın qeyri rəsmi idarəçisidir.KİV-də qeyd olunan məlumatlara əsasən Bankın Müşahidə Şurasının sədri rektorun kürəkəni Elmir Mehdiyevdir,və bankın səhmlərinin payı belə bölünür;

– Mehdiyev Elmir Maqbet oğlu – 63,50% (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri – red.),

– Vəliyeva Vəfa Əhməd qızı – 12,05% (Ə.Vəliyevin qızı – red.),

– Mehdiyev Maqbet Rəhim oğlu – 13,10%  (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi – red.),

– Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası – red.).

 

jal

Bundan başqa Elmir Vəliyevin idarəçiliyində Bakının mərkəzində “Jalə Plaza”, Biznes Mərkəzidə fəaliyyə göstərir.

oks

Rektorun diğər bir biznes obyekti isə Oksigen klinikasıdır və oğlu “Odlar Yurdu” Universitetinin prorektoru Minur Vəliyev tərəfindən idarə olunur. Xatırladak ki, bu ilin əvvəlində Minur Vəliyevin iş otağından içərisində 429 min manat pul olan seyfi oğurlanmışdır. Bu hadisəni rektor KİV-dən gizlətsədə hüquq mühafizə orqanlarının çevik və xüsusi əməliyyatları nəticəsində oğrular həbs olundu,cinayət işi açıldı və içtimayyətə aşıqlama verildi.

1442470966_dollar

Hüquq mühafizə orqanlarının açıqlamasından sonra rektor KİV-nə açıqlama verərək bildirmişdir ki,  oğurlanan pullar universitetin kollektivinin maaşı olub görəsən 9 yanvar tarixində rektor hansı ayın maaşını kollektivə verəcəkmiş. Bəs niyə maaşlar kartla ödənilmir? Bu artıq diğər bir yazının mövzüsudur.

mug

Araşdırmalarımız zamanı məlum oldu ki, Minur Vəliyev həmçinin Muğan Bankın müxtəlif filiallarını qeyri rəsmi idarəçisidir.

 

Əldə etdiyimiz fakt onu göstərir ki, ölkə başçısı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar yenədə öz ampulalarındadır.Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, “Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”. Bildirək ki, prezidentimiz İlham Əliyev 50 illik  yubileyini  Qarabağ bölgəsində məcburi köçkünlərin arasında qeyd etdi.Ölkə başçısı və ailə üzvləri  doğum günlərini isə sadə heç bir təmtəraq olmadan ailə yığıncaqları ilə qeyd edirlər.Bu, cəmiyyətimizə də, bütün dünyaya da bir mesajdır. Məmurlarımız bundan ibrət götürməlidir.

Əlbəttə, yubiley  keçirməkdə bir qəbahət yoxdur və bu məsələyə görə kimsəni qınamağa haqqımız da çatmır. Amma təmtəraqlı yübiley üçün ödənilən  hesabı elə Universitetinizdə təhsil alan bir neçə kasıb tələbənin  təhsil ödənişini özünüz tərəfindən ödənilməsi daha məqsədə uygün olmazdımı?

Belə bir deyim var “Sağ əlinizlə verdiyiniz sol əlinizdə bilməzdi”

Rektorla əlaqə saxlayıb bu təmtəraqlı yübiley məclisi barədə məlumat almaq istəsəkdə telefonlarına cavab vermədi.Qəbul otağından isə bildirdilər ki, rektor məşğuldur,gələn həftə zəng etməyimizi məsləhət gördülər.

Rektorun və adı keçən şəxslərin  mövqeyini dərc etməyə hazırıq.

Scroll to top