Leyla Əliyevanın oğlu:” Böyüyəndə aktyor olacağam” – VİDEO

Festival çox xoşuma gəldi. Gözəl təşkil olunub.

XALQ.AZ xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Əli Ağalarov deyib.

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı haqda təəssüratlarını bölüşən Əli bildirib ki, festivaldan çox məmnundur:

“Təşkilatçılıq əladır. Mən “Jara”nı çox sevirəm. Ancaq qardaşım Mikayılın “Jara”dan xoşu gəlmir. Bacım isə hələ çox balacadır. “Jara” festivalı haqda məlumatı yoxdur. Müğənnilərdən İqor Krıd və atamı sevirəm”.

Ağalarov “Sizin də atanız kimi səsiniz var?” sualına isə özünəməxsus cavab verib:

“Əvvəllər karaokedə oxuyurdum. İndi isə oxumuram. Böyüyəndə kino aktyoru olacağam”.

Qeyd edək ki, Əli Ağalarov tədbirə Leyla Əliyeva ilə birgə qatılıb.

 

Leyla Əliyevanın oğlu:
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.