Əlillərin hüquqları – Milli Məclisdə müzakirə olunacaq-VİDEO

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi AzərbaycanRespublikasının Milli Məclisinə verilib”.

XALQ.AZ  xəbər verir ki, bunu mediaya açıqlaması zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, yəqin ki, qanun komitələrdə, sonra isə Milli Məclisdə müzakirə olunacaq:

“Cənab Prezient tərəfindən həmin qanunun Milli Məclisə göndərilməsi barədə Milli Məclisdən məlumat almışıq. Bu barədə komitədən bizə bildirilib. Müzakirələrdə bizim nümayəndələr də iştirak edəcək. Yəqin ki, qanun qəbul olunarsa, qüvvəyə minən tarixdən etibarən onun iddialarının tədbiq olunması üçün bütün lazımı tədbirlər göndəriləcək”.