Bankların depozit faizi – Rəsmi

Azərbaycan əhalisinin banklardakı əmanətləri bu il yanvarın 1-nə 7 561,2 mln. manat təşkil edib.

XALQ.AZ  Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 190,6 mln. manat və yaxud 2,6% çoxdur.

Ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 4.3 % təşkil edib. Bakı şəhərində fəaliyyət göstərən bank şöbələrində bu rəqəm 4.2% olub.

Əmanətlər üzrə yüksək faiz dərəcələri Kəlbəcər-Laçın iqtisadi rayonu ( 10.2%,), Lənkəran iqtisadi rayonu (7.3%), Abşeron iqtisadi rayonu (7.2%), Quba-Xaçmaz iqtisadi rayonu (6.8%), Gəncə-Qazax iqtisadi rayonunda (6.4%) qeydə alınıb. Əmanətlər ən aşağı faizlə Naxçıvan bankları tərəfindən qəbul edilib – 2.3%.

Qeyd edək ki, hesabat dövründə manatla əmanətlər 2532 899.7 min manat, xarici valyutada əmaəntlərin həcmi 5028265.2 min manat təşkil edib. Manatla əmanətlər üzrə orda faiz dərəcəsi 7,8, dollarla 2,6%  olub.