Ərdoğan “Bu bizə qarşı təxribatdır”

 

erdogan 4 aprel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı açıqlama verib.

XALQ.AZ  Türkiyə mətbuatına  istinadən xəbər verir ki, Ərdoğan bu hadisənin təxribat olduğunu bildirib:

“Bu sui-qəsdi nifrətlə qınayıram. Bu hadisə Türkiyə-Rusiya münasibərlərini pozmağa yönələn təxribatdır, təxribatlara uymayacağıq”.

Türkiyə prezidenti səfirin ölümü ilə əlaqədar Rusiya xalqına və prezident Putinə başsağlığı verib.

Scroll to top