Ərdoğan üçün belə mahnı oxudular-Video

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiya səfəri maraqlı anlarla yadda qalıb. Günün ən qeyri-hadisəsi prezidentin şərəfinə Belqradda təşkil edilən ziyafətdə olub.

Ölkənin xarici işlər naziri  İvitsa Daçiç yeməkdən sonra süfrə başında Balkanların ənənəvi mahnısı olan “Osman Ağa”nı türk dilində ifa etməyə başlayıb. Nazir mikrafonu əlinə alaraq Türkiyə prezidentinin xanımı, eləcə də Serbiyanın dövlət başçısı Aleksandr Vuçiçlə həyat yoldaşı Tamaranın əyləşdiyi masaya yaxınlaşıb. Nazir qonaqpərvərliklərini bu yolla nümayiş etdirmək istəyib.
Nazir oxuyan zaman isə başda prezidentlər və birinci xanımlar olmaqla, salondakılar əl çalaraq ritm tutublar. Lakin nazirin ifası bununla bitməyib. Türk dilində oxuyandan sonra  Daçiç daha bir məşhur mahnılarını –  “Milyatska”nı da oxuyub.

Scroll to top