Əbülfəs Qarayev nazir müavini ilə görüşdü

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikasının xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachir arasında görüş keçirilib.

XALQ,AZ xəbər verir ki, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət və turizm sferaları üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İndoneziya mədəniyyətinin təbliği istiqamətində ölkəmizdə keçirilən mədəniyyət tədbirləri, o cümlədən İndoneziyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq iki dəfə Bakıda təşkil olunan İndoneziya Mədəniyyət Festivalı müsbət töhfə verməkdədir.

 

Elgün