Ədalət Şükürov yol polisinə irad tutdu

 

6

 

Əməkdar artist Ədalət Şükürov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni maşınlara olan marağından danışıb:

“Niyə bizim ölkədə avtomobil almaq bu qədər təəccüb doğurur? Maşınları sevirəm, hər üç ildən bir dəyişirəm. Bütün ölkələrə yaraşıq verən ev, yollar və maşınlardır. İstəyirəm ki, xaricilər vətənimizə gələndə baxıb zövq alsınlar. Honkonqda bir avtomobili beş ildən artıq sürmək olmaz, dəyişməlisən. Çünki deyirlər, şəhərimiz qəşəng görünməlidir. Bizdə qırıq, dəmirləri çürümüş nəqliyyat vasitələri ilə rastlaşırsan. Niyə yol polisləri icazə verirlər ki, maşının üstünə 15 yeşik yığsınlar? Bunlar aradan qaldırılmalıdır. Avtomobillər gözəl olmalıdır”.