Əflatun Amaşovdan açıqlama

Xəbər verdiyimiz kimi, iyulun 30-u axşam saatlarında  etibarən “Yeni Çağ” Media Qrupunun direktoru Fərəcov Aqil Ələsgər oğlu ilə əlaqə saxlamaq mümkün deyil.

XALQ.AZ  xəbər verir ki, Mətbuat Şurasının sədri, Əflatun Amaşov məsələ ilə bağlı şəxsi “facebook” səhifəsində paylaşım edib:

“İş gününün sonuna doğru “Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.