Əflatun Amaşovun milli məclisdə çıxışı

Milli Məclisin bu gün keçirilmiş plenar iclasında Mıətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edib.
XALQ.AZ həmin çıxışı təqdim edir:
“”Mən «Kütləvi informasiya vasitələri haqqında» və «İctimai televiziya və radiо yayımı haqqında» Qanunlara təklif edilən dəyişikliklərlə bağlı fikrimi bildirmək istəyirəm.
Dəyişikliklər bu qanunları «Reklam haqqında» Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Burada söhbət kütləvi informasiya vasitələrində sponsorluq məsələlərindən gedir. Bu, məsələ son dərəcə önəmlidir. Bilirsiniz ki, prinsipcə medianın gəlirlərinin 80-85 faizini reklamdan gələn gəlirlər təşkil etməlidir. Bizdə bu rəqəmlər çox aşağıdır. Əminəm ki, dəyişikliklər mediada reklam bazarının genişləndirilməsinə xidmət edəcək.
Mən ümumən bir məsələ ilə bağlı fikrimi bildirəcəm. Qanunun 14-cü maddəsi üzrə təklif edilən dəyişiklikdə proqramlarda, verilişlərdə yayımlanan reklamın verilişin elementlərindən vizual və akustik şəkildə fərqlənməsi göstərilib. Mən bundan irəli gələrək bir məqamı qeyd etmək istərdim. Bəzən görürük ki, hansısa verilişin və ya filmin arasında reklam gedir. Ancaq həmin reklamın səs effektləri həddən artıq çox olur. Çox zaman televizorun səsini almaq məcburiyyətində qalırıq. Yəqin ki, bu vəziyyətlə üzləşən tək mən deyiləm. Əslində eyni problem Türkiyə və Rusiya telekanallarını izləyərkən də yaranır.
Əlbəttə, hansısa üsulla reklama izləyicinin diqqəti cəlb edilməlidir. Amma bu əks effekt yaratmamalıdır. Səsin çoxluğu səbəbindən televizorun pultunu əlinə alan izləyici əsəbindən ya səsi tamamilə alır, ya da kanalı dəyişir. Nəticədə hətta faydalı reklam olsa belə diqqətdən kənarda qalır”.
Elgün