Əhmədli metrosunun yanında YANĞIN

Əhmədli metrosunun yaxınlığında yerləşən obyektdə yanğın hadisəsi baş verib.

Ticarət obyektində yanğının başladığı görünür. Yolun ortasındakı yaşıllığın yerində inşa edilən obyektdəki yanğın bir neçə dəqiqə sonra söndürülüb. Hadisə yerinə FHN-nin yanğınsöndürlənləri cəlb edilib.

Qeyd edək ki, sözügedən obyektidə inşa edilən obyektin tikintisi zamanı yaxınlıqdakı sakinlər tərəfindən Xətai RİH-nə çoxlu sayda şikayətlər göndərilsə də, bunun heç bir nəticəsi olmamışdı. Ərazidəki yol ayrıcındakı ağaclığın yerinə məhz həmin obyekt inşa edilmişdi.

XALQ,AZ

RƏSUL.