ƏLI ABBASOV ŞABRANDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov avqustun 17-də saat 10:00-da Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarının sakinləri ilə görüşəcək.

Xalq.az nazirliyə istinadən xəbər verir ki, görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti sahələrində əhalini maraqlandıran məsələlərə baxılacaq.
Qəbula yazılmaq üçün “ mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlamaq lazımdır.

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.