Əli Həsənov səfərdədir

ali

 

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Türkiyədə təşkil etdiyi 20-ci Zirvə Toplantısı öz işinə başlayır.

XALQ.AZ tədbirə dəvətli olan iqtisadçı Vüqar Bayramova istinadən bildirir ki, toplantıya 42 ölkədən 200-dən çox dövlət rəsmisi, 4 ölkə başçısı, 10 sabiq prezident, millət vəkilləri, elm adamları qatılacaq:
“Ölkəmizi Zirvə Toplantısında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, energetika naziri Natiq Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və elmi tədqiqatçılar təmsil edəcəklər. Türkiyənin eks-prezidenti Abdullah Gül də zirvə toplantısına qatılacaq.
Toplantı 2 gün davam edəcək”.