Əli Kərimlinin milyonları-VİDEO

Əli Kərimli banklardan 8,4 milyon dollar çıxarıb

İctimai Televiziyada prezidentliyə namizədlərin üçüncü debatı keçirilib.

BAXCP sədri Qüdrət Həsənquliyev xatırladıb ki, Cəmil Həsənli həmişə hakimiyyəti tərifləyib və hətta ehtiyac olmadığı halda belə, kitablarında bunu qeyd edib: İndi isə Əli Kərimlinin siyasi ehtiraslarını soyutmaq üçün hakimiyyətə qarşı çıxır.

Həsənquliev Əli Kərimlinin özünün, oğlunun və yaxın qohumlarının banklardan 8838000 dollar pul götürdüyünü də deyib. Və əlavə edib ki, buna baxmayaraq, o, aldığı bahalı maşının pulunu AXCP üzvlərindən toplatdırır.