Əliyev, Putin və Sarkisyan sambo yarışında

Putin

Avqustun 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçinin “Platforma” əyləncə-idman kompleksində keçirilən döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər.

XALQ.AZ-ın məlumatına görə, turnirdə prezidentlərlə yanaşı, Rusiyanın baş naziri Dmitri Medvedyev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Soçinin meri Anatoli Paxomov, rusiyalı boksçu Aleksandr Povetkin, London Olimpiadasının gümüş mükafatçısı Aleksandr Mixaylin, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və digər fəxri qonaqlar iştirak edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimr Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda danışıqlar keçirib.