Əməkdar artist baba oldu

Artist

Şoudan uzaq gəzən, qalmaqallara qatılmayan əməkdar artist Eyyub Yaqubovdan xoş xəbər var.

XALQ.AZ-ın məlumatına görə, son zamanlar ekranlarda az görsənən sənətçi baba olub. Eyyub bəy bu barədə “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində deyib. Bu haqda çox danışmaq istəməyən ifaçı qısa məlumat verib, nəvəsinin bir neçə ay bundan əvvəl dünyaya gəldiyini deyib: “Adı Tahirdir, hər kəsin övladı və nəvələri var. Bu yolla reklam olunmaq istəmirəm, şükür Allaha mənə bu səsi, sənəti bəxş edib. Hər zaman ancaq bu yolla işimi nümayiş etmişəm”.

Aparıcının: “İstərdinizmi nəvəniz də sizin kimi müğənni olsun” sualına isə bu cavabı bildirib: “Hələ çox balacadır, səsi olub-olmadığını deyə bilmərəm. İstərdim gələcəkdə özü nə iş ilə istəsə onunla məşğul olsun, xeyirli övlad olsun”.