Əməkdar artist vəfat etdi

 

Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Faiq Qasımov dünyasını dəyişib.

XALQ.AZ“ARB Kəpəz”ə istinadən xəbər verir ki, aktyorun 68 yaşı var idi.

Qeyd edək ki, F.Qasımov 25 avqust 1948-ci ildə dünyaya gəlib. O, Cəfər Cabbarlının “Almaz” və “Aydın”, Altay Məmmədovun  “Kişilər” və “Ulduzlar görüşəndə”, Sabit Rəhmanın (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Vilyam Şekspirin “Otello” və “III Riçard” kimi tamaşalarda rol alıb.

Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb.

Mərhumla vida mərasimi 24 yanvar saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O, Gəncədəki Fəxri xiyabanda dəfn ediləcək.