Hərrac keçirildi

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

 

“Göygöl şəhərində yerləşən 2 saylı hamamın ümumi faydalı sahəsi 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 1 500 kvadratmetrdən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Özəlləşən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrdən çox, torpaq sahəsi isə 4 min 500 kvadratmetrə yaxındır. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kvadratmetr təşkil edir. Keçirilən hərracların nəticələri ilə bağlı aşağıdakı linkdən istifadə etmək kifayətdir”, – deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, özəlləşməyə çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

 

Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya “Elektron Hökumət Portalı”na (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Rəsul