Ən bahalı avtomobilin sahibi kim olacaq?

ROLS

 

“Rolls-Royce” dünyanın ən bahalı avtomobilini təqdim edib.

XALQ.AZ-ın məlumatına görə, “Sweptail” modelinin qiyməti hələlik açıqlanmır. Lakin ekspertlər avtomobilin qiymətinin 17-20 milyon dollar arasında dəyişəcəyini təxmin edirlər.

“Rolls-Royce Sweptail”in yeganə modeli ötən həftəsonu İtaliyada “Concorso d’Eleganza” villasında təqdim olunub.

“Sweptail” sırf əl işidir və 1930-cu illərin “Rolls-Royce” avtomobillərinin üslubuna xas dizayn edilib.