Ən çox Azərbaycana gəlib

Abdulla

Avqust ayında vəzifə müddəti başa çatan Türkiyə prezidenti Abdullah Gülün xarici səfərlərinin sayı açıqlanıb. Məlum olub ki, Abdullah Gül prezident olduğu müddət ərzində 122 dəfə xarici səfərə çıxıb. Bu 122 səfər sadəcə 66 fərqli ölkəni əhatə edir.

Gül 7 illik prezidentliyi dövründə ən çox Azərbaycan, Türkmənistan, Misir və Fransada olub. Türkiyə prezidentinin bu ölkələrin hər birinə 6 dəfə səfər etdiyi bildirilib.

Qeyd edək ki, Abdullah Gül 122 səfər sayı ilə rekordu yaxalaya bilməyib. Belə ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl prezidentliyi dövründə 125 xarici səfərə gedib.

Abdullah Gül isə avqustun 10-a qədər daha 4 xarici səfərə çıxsa Dəmirəlin rekordunu yeniləyəcək.