Ən çox erotik kitab oxuyan ölkə

Kitab

İngiltərədə xalq kitabxanalarından son 12 ay ərzində erotik və cinsi məzmunlu kitab götürülməsi 500 faiz artıb.

Xalq.az-ın məlumatına görə, dünyanın ən çox oxunan kitablarından olan E.L.Ceymsin “Bozun 50 çaları” (Fifty Shapes of Grey) adlı sevgi romanının bunda böyük rolu olduğu ehtimal edilir.

Statistikaya görə, ölkələr üzrə, “Bozun 50 çaları” adlı roman keçən il İngiltərədəki xalq kitabxanalarından oxumaq üçün götürülən kitablar arasında ilk üçlüyə daxil olub. Keçən yay dünya səviyyəsində, xüsusilə qadınlar arasında böyük rəğbət qazanan E.L. Ceymsin 3 romanı xalq kitabxanalarında ən çox götürülən kitablar arasında da ilk onluğa daxil olub. Universitet tələbəsi bir qız ilə xarizmatik və varlı bir biznesmenin eşq macərasından bəhs edən erotik kitab 52 fərqli dildə 90 milyondan yuxarı tirajla satılıb.

İngiltərədə ən çox götürülən kitab siyahısının başında Lee Childın “The Affair” və “Wanted man” adlı kitabları yer alıb.

Dünyada bir fenomen kimi qəbul edilən və türk dilinə tərcümə edilən “Bozun 50 çaları” romanı tezliklə film kimi nümayişə buraxılacaq.