Ən məşhur serialın final tarixi bəlli oldu

100

Azərbaycanda böyük tamaşaçı kütləsinə malik “Muhteşem Yüzyıl”ın final tarixi bəlli olub. XALQ.AZ-ın məlumatına görə, 3 həftədən sonra bitəcək.

Son mövsümdə şahzadə Mustafa, Hürrəm Sultan, Şahzadə Cahangir kimi faciəli ölümlərin yaşadığı serial vidaya hazırlaşır. Serialın son – 139-cu seriyası 2014-cü il 11 iyun tarixində yayımlanacaq.

Böyük final üçün heyət gərgin iş qrafiqinə başlayıb. Son seriyalarda iki şahzadə – Bəyazıt və Səlim taxt uğrunda mübarizə aparacaq. Bəyazıt savaşdan sonra İrana sığınacaq. Sonra isə anlaşma əsasında Osmanlı imperiyasına qaytarılacaq və faciəli şəkildə öləcək. Sultan Süleyman səfərlərindən birində öləcək.