Ər arvadı ilə hamamda boğulub öldü

54

 

Ötən gecə Tərtər rayonunda dəhşətli ailə faciəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, faciə gecə saat 22:23 radələrində Tərtər şəhər, Bəsdi Bağırova küçəsində yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Aşır Cəfər oğlu Əsədov və onun həyat yoldaşı 1958-ci il təvəllüdlü Cahan Tariyel qızı İmanova yaşadıqları evin hamamında dəm qazından boğularaq ölüblər. Hadisə baş verərkən evdə onlardan başqa kişinin gəlini və qızı da olub. Ötən gecə Aşır Əsədov hamamda çimirmiş. Bu vaxt işıqlar sönüb. Onun həyat yoldaşı Aşıra kömək etmək edib. Lakin uzun vaxt keçməsinə baxmayaraq onlardan səs gəlməyib. Bu səbəbdən gəlin hamama baxdıqda qaynana və qaynatasını huşsuz vəziyyətdə görüb. Təcili Tibbi Yardım həkimləri çağrılasa da, onların öldüyü məlum olub.

Onların dəm qazından öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.