Ərdoğan Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.
XALQ.AZ xəbər verir ki, səfər iyul ayının 10-da baş tuta bilər.

Ehtimal edilir ki, Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə də səfər edəcək.

Türkiyənin rəsmi qurumları tərəfindən hələlik səfərlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə prezidentləri ənənəvi olaraq seçkidən sonra ilk xarici səfərlərini Azərbaycana edirlər.

Orxan