Ərdoğan Bakıda bir gün qalacaq

Erdogan-2

Sentyabrın 2-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycana səfərə gəlir.

Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətindən verilən məlumata görə, prezident Bakıda bir gün qalacaq.

Qeyd edək ki, iki gün əvvəl Türkiyə prezidentinin inaqurasiyasına dəvət alan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək onu İrəvana dəvət edib.

Ermənilər istəyirlər ki, Ərdoğan 2015-ci ildə İrəvana gəlsin və qondarma erməni soyqırımının 100-cü ildönümü tədbirlərində iştirak etsin. Türkiyə prezidentinin bu tədbirlərə qatılıb-qatılmayacağı indidən suallar doğurur.