Ərdoğan bizdən danışdı

Erdogan

“Azərbaycan başda olmaq üzrə dost, qardaş və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini genişləndirdik”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.

O bildirib ki, Türkiyə bölgədəki təbii qaz və neft ehtiyatlarına sahib ölkələri ilə Avropada bazarları arasında olduqca əhəmiyyətli bir mövqeyə sahibdir: “Bu imtiyazlı mövqe Türkiyəyə enerji təhlükəsizliyi məsələsində fürsətlər yaradır. Eyni zamanda bizim üzərimizə xeyli məsuliyyətlər də düşür”.

Ərdoğan qeyd edib ki, Türkiyə müxtəlif layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə vermək niyyətindədir. Türkiyə Azərbaycan ilə birlikdə Trans Anadolu Qaz Boru Kəmərini (TANAP) genişləndirib: “Həmçinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətti layihələri də bu dəhlizi genişləndirən əsas layihələrdəndir”.