Ərdoğan: İsrail terrorçudur və işğalçıdır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hakim Ədalət və İnkişaf  Partiyasının Adanada keçirilən qurultayında İsrail rəhbərliyinin ünvanına sərt bəyanat səsləndirib.

XALQ,AZ xəbər verir ki, Türkiyə lideri  İsrail dövlətini fələstinlilərə qarşı qeyri-insanı siyasət yürütməkdə ittiham edib və Netanyaya müraciət edib:

“Biz işğalçılıqla məşğul deyilik. Sən işğalçısan və həmin (Fələstin) torpaqlarında həm işğalçı, həm də terrorçu mövqeyi tutursan” deyə Ərdoğan bildirib.

“Tarixçilər sizin zavallı  fələstinlilərə qarşı törətdiyiniz bütün cinayətləri qeydə alır. Onlar bunu heç zaman unutmayacaq. Mən İsrail xalqının da Netanyahunun atdığı addımlardan narahat olduğuna inanıram.

Sənin bizim Afrində keçirdiyimiz əməliyyatdan danışmağa haqqın yoxdur. Sərhəd saxla! Biz gəldiyimiz yerə ancaq əminamanlıq, sülh, mədəniyyət və sevgi gətiririk” deyə Ərdoğan bildirib.

Elgün