Ərdoğan Maduroya zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduroya zəng edib.

XALQ.AZ xəbər verir ki, Ərdoğan Maduroya edilən sui-qəsd cəhdindən narahatlığını bildirib. O, sui-qəsd zamanı yaralanmış milli qvardiya üzvlərinə də şəfa diləklərini çatdırıb.

Xatırladaq ki, Maduronu hədəf alan bomba yüklü pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi zamanı 7 əsgər yaralanıb.

 

 

Orxan