Ərdoğan yeddinci nəvəsinin adı ilə mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 7-ci dəfə baba olub.

XALQ.AZ  xəbər verir ki, Ərdoğanın oğlu Bilal və gəlini Reyyanın bir qız övladı dünyaya gəlib. Ərdoğan ailəsinin ən kiçik fərdinin adında Türkiyənin son dövrdə yaşadığı iqtisadi çətinliklərə aid bir mesaj var.

7-ci nəvəyə Fatıma Serra adı verilib. Fatıma bildiyimiz kimi Məhəmməd Peyğəmbərin Xədicədən dünyaya gələn ən kiçik qız övladının adıdır. Serra isə Türkiyəyə bir mesajdır.
Serra ərəb dilindən tərcümədə bolluq, səadət, rifah və genişlik mənasına gəlir.

 

 

Orxan