Ərdoğana hucum olundu-Polis hərəkətə keçdi

Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına hücum etməyə çalışan PKK tərəfdarlarına polis müdaxilə edib.

XALQ.AZ xarici  KİV-ə istinadən xəbər verir ki,  müdaxilə zamanı polislərə və avtomobillərə də hücum edən terror qruplaşması tərəfdarlarından bəziləri saxlanılıb.

PKK tərəfdarlarının əlində qruplaşmanın bayraqları və “Tamam” yazılmış plakatlar diqqət çəkib.