Ərdoğanın Bakı səfərinin vaxtı dəqiqləşdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı dəqiqləşib.

XALQ.AZ xəbər verir ki, Ərdoğan iyul ayının 10-da Bakıya gələcək. Azərbaycana səfər zamanı Türkiyə lideri prezident İlham Əliyevlə görüş keçirəcək.

Qeyd edək ki, bu, 24 iyun seçkilərindən sonra Türkiyə prezidentinin ilk xarici səfəri olacaq.

 

 

Orxan