Ərdoğanın mühafizəçilərini döydülər-VİDEO

 

 

Baş nazirin mühafizəçilərini Dövlət Baxçalının mühafizəçiləri yumruqlayıb.

Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğanın mühafizəçiləri Milliyətçi Hərəkat Partiyasının(MHP) sədri Dövlət Baxçalının mühafizəçiləri tərəfindən döyülüb. Hadisə Türkiyənin sabiq millət vəkili olan Səbahəttin Aras Kocatəpənin dəfn mərasimi zamanı baş verib. Mərasim üçün məscidə gələn baş nazir R.T. Ərdoğan MHP sədri Dövlət Baxçalıya salam verməməklə hər kəsin diqqətini özünə çəkib. Dəfn mərasiminin sonunda isə R.T.Ərdoğan və Dövlət Baxçalının mühafizəçiləri arasında dava düşüb.

Nəticədə Dövlət Baxçalının mühafizəçisi R.T.Ərdoğanının mühafizəçisinə yumruq zərbələri endirib. Döyülən mühafizəçinin “Mən polisəm ”deməsi dəfn mərasimində iştirak edən insaların hidddətinə səbəb olub.Nəticə oradakı insanlaradan biri müfafizəçiyə qarşı “Kim olursan ol, insan ol ”deyərək sərt reaksiya verib.