Əzrayılla çilingağac oynayan idmançı

Teyyare

Hollandiyalı Marten de Yanq yüzlərlə adamın ölümü ilə nəticələnən iki təyyarə qəzasından son anda xilas olub.

XALQ.AZ-ın məlumatına görə, 29 yaşlı holland velosipedçi Marten de Yanq iki dəfə başına gələ biləcək bədbəxt hadisədən qurtulub. Belə ki, idmançı bu il martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinə getmək üçün təyyarə bileti alıb. Lakin o, təyyarəyə gecikib və həmin reysə minmək şanısını qaçırıb. 239 nəfər sərnişin daşıyan həmin təyyarə isə okean üzərində qeybə çəkilib. Bu günə qədər genişmiqyaslı axtarışlar aparılsa da, nə təyyarənin, nə sərnişinlərin hələ də heç bir izinə rast gəlinməyib.

Yanq iyulun 17-də isə Amsterdam-Kuala Lumpur reysi ilə hərəkət edərkən Ukrayna üzərində 298 sərnişinlə düşən təyyarəyə minməkdən də son anda xilas olub. Bu uçuş üçün də bilet alan Yanq bazar günü üçün olan səfərin 300 avro daha ucuz olduğunu görüb və son anda biletini dəyişdirib.

İki dəfə ölümdən xilas olan idmançı üçüncü bir qəza ilə üz-üzə qalmayacağını ümid etdiyini söyləyib.

Gənc idmançı “Ölümü iki dəfə sovuşdurduq, üçüncü bir qəza olmaz ümid edirəm” dedi.

“Ailəm narahat oldu. Artıq təyyarəyə minməyimi istəmirlər. Lakin mən ölümdən qorxmuram” – deyə, yanq bildirib.