100 yaşlı seçici səs verdi

Samux rayonunun ən yaşlı seçicilərindən olan, Alıuşağı kənd sakini 100 yaşlı Yamən Mehdiyeva prezident seçkilərində səs verib.

XALQ,AZ xəbər verir ki, vətəndaşlıq borcunu yerinə yetirən Yamən Mehdiyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Yeddi övlad, 20 nəvə, 24 nəticə, 3 kötükcə sahibi olan Yamən nənənin bir arzusu var: Azərbaycanı abad və firavan, insanlarını isə xoşbəxt görmək.

Yamən nənənin evinə daşınan seçki qutusu aparılıb. O, konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: “Övladlarımı zəhmətlə böyütmüşəm. Qayğılarım çox olsa da, bütün seçkilərdə iştirak etmişəm. Qoy, hər kəs bu seçkilərdə iştirak etsin və işıqlı gələcəyimizə səs versin”.


Elgün