Yeni tələbə yataqxanası istifadəyə veriləcək

Yeni tədris ilində ölkədə 1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov qeyd edib ki, yeni yataqxana ADNSU-nun əvvəlki yataqxanasının yerində olacaq.

Qeyd edək ki, yataqxana Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə layihəsidir.

Yaxın bir neçə il ərzində digər tələbə yataqxanalarının da tikilməsi nəzərdə tutulur.