12 yaşlı qızı zorlayan qoca daş-qalaq ediləcək

DASHQALAQQ

Nigeriyanın şimalında yerləşən Kano şəhərinin islam məhkəməsi 12 yaşlı qızı zorlamaqda günahlandırılan kişiyə daş-qalaq edilmək cəzası kəsib.

Xalq.az-ın məlumatına görə, 63 yaşlı kişi həm də qızı QİÇS-ə yoluxdurduğu üçün günahkar sayılıb.

Son illərdə Nigeriyanın şimal rayonlarından onlarla insana seksual cinayətlərə görə, bu cür edam cəzası kəsilib. Amma cəzalar hələ yerinə yetirilməyib.

Keçən ilin yayında isə Nigeriyanın cənubunda dörd nəfər silahlı qarətə və qətlə görə asılıb.

Bu, 2006-cı ildən bu yana ölkədə həyata keçirilən ilk edam qərarı olub.