“15 iyul şəhidləri” körpüsü bayrağımızın rənglərinə büründü — İstanbul

İstanbul boğazındakı “15 iyul şəhidləri” körpüsü mayın 27-də gecə saatlarından səhərədək Azərbaycanın üç rəngli bayrağının rənglərində işıqlandırılıb.

 

XALQ.AZ  xəbər verir ki, körpünün işıqlandılması mayın 28-də də davam edəcək. Bu barədə razılaşma Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyi arasında əldə olunub.

Qeyd edək ki, körpü ötən il də Azərbaycan bayrağının rənglərində işıqlandırılmışdı.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.