Millət vəkili qəbul keçirdi-Fotolar

Milli Məclisin deputatı Elşad Həsənov   seçicilərlə növbəti görüşünü keçirdi.

XALQ.AZ məlumat verir ki,  Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

Görüş zamanı əsasən məşğulluq, əmlak mübahisəsi, sosial yardım, tibbi müalicə haqqı, həmçinin bir sıra digər məsələlər barədə söhbət gedib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların müraciətlərini qəbul edib.

Millət vəkili vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini qeyd edib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılması üçün nəzarətə götürülüb, digər hissəsinin həlli üçün isə müvafiq hüquqi yardım göstərilib.

Фото Hasanov Elshad.

Фото Hasanov Elshad.

Фото Hasanov Elshad.

Фото Hasanov Elshad.

Фото Hasanov Elshad.


Comments are closed.