17 yaşlı azərbaycanlının Avropa uğuru

Azərbaycanlı 17 yaşlı vokalist Emin Eminzadənin “Bubble Dreams” adlı inqilis dilində olan mahnısı avropada maraq oyadıb.

XALQ.AZ-ın məlumatına görə, Eminin mahnısı BBC1, Jango, iHeart Radio və digər radio dalğalarında səsləndirilib. Mahnının sözləri Emin Eminzadə və Fuad Əlizadəyə, musiqisi isə Eminə aiddir. Mahnını Nyu-Yorkda yerləşən məşhur “Sinima Production” şirkəti aranjeman edilib, bu şirkət Yanq Bek, Devid Faustino, Snup Doq, Bruno Marş və s. məşhur müğənnilər ilə i.birliyi edib.

Eminin yeni mahnısı “Bubble Dreams” Youtube-da qısa müddət ərzində minlərlə tamaşaçı tərəfindən izlənilib. Ən maraqlısı da budur ki, Eminin yeni mahnısı Youtube-da dünyada məşhur olan “VEVO” kanalında yerləşdirilib və E.Eminzadənin adına yeni “VEVO” kanalı açılıb. Xatırladaq ki, “VEVO” kanalları dünyaca məşhur ulduzların adına səhifə açıb. Ən sevindirici hal odur ki, 17 yaşlı ifaçı E.Eminzadə “VEVO” kanalı olan ilk azərbaycanlı müğənnidir.

Onu da qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında 3 dəfə Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Eminin ən böyük uğurlarından biri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təsisçisi olduğu “Baku” jurnalının mart-aprel nömrəsində gənc istedadın sənətinə verilən yüksək qiymətin təzahürü olaraq 6 səhifəlik “Лестница в небо” (“Səmaya pillələr”) başlığı altında məqalə dərc olunmasıdır.