Qənirə Paşayeva “Uşaqlar ermənilərin terrorurundan əziyyət çəkirlər”

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Tovuz rayonunda uşaqlar üçün böyük tədbir keçirilib. 

XALQ.AZ  xəbər verir ki, Olimpiya Mərkəzində keçirilən tədbirdə onlar üçün konsert proqramı da təşkil edilib. Tədbirin açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şəraitin yaradıldığını, onların layiqli vətəndaş kimi yetişmələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Cənab Zeynalov bayram günündə tovuzlu uşaqlar üçün bu cür maraqlı proqram həyata keçirdikləri üçün “Mətanət A” şirkətinə təşəkkür edib. Millət vəkili Qənirə Paşayeva isə çıxışında diqqəti Tovuz rayonunun işğalçı Ermənistan Respublikası ilə həmsərhəd ərazidə yerləşməsinə və bu rayonda böyüyən uşaqların zaman-zaman erməni təxribatları nəticəsində mənəvi-psixoloji travmalar almasına yönəldib. Onun sözlərinə görə, təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqların qayğı və diqqətə daha çox ehtiyacları var. Bu baxımdan o, bu kimi tədbirlərin böyük önəm daşıdığını bildirib. Uşaqları təbrik edən millət vəkili onlara sağlamlıq, xoşbəxtlik və bütün arzularına çatmalarını diləyib. Millət vəkili daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb, vətənpərvər olmağı diləyib. Valideynləri isə uşaqların təhsilinə, mütaliəsinə daha çox diqqət ayırmağa çağırıb. Çıxışının sonunda millət vəkili gələn il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bu gözəl balalarla birlikdə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Millət vəkili Ülviyyə Ağayeva çıxışında uşaqları təbrik edib və bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. “Mətanət A” şirkətinin Marketinq Departamentinin direktoru Yelena Eyvazlı isə bildirib ki, təmsil etdiyi şirkət 18 illik fəaliyyəti dövründə sosial layihələrə daim böyük önəm verib.“Mətanət A”-nın missiyasının Azərbaycan xalqına, Vətənin övladlarına xidmət etmək olduğunu vurğulayan şirkət rəsmisi bu konsert proqramını təşkil etməkdə məqsədin də uşaqları sevindirmək olduğunu bildirib. Konsert proqramında Tovuzun şəhər və kəndlərinin uşaq baxçaları və körpələr evlərində tərbiyə alan uşaqlar çıxış ediblər. Balacalar müxtəlif mahnı və rəqslər ifa etməklə bayramı rövnəqləndiriblər. Tədbir çərçivəsində uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində məktəblərdə, bağçalarda fəaliyyət göstərən özfəaliyyət dərnək qruplarının üzvləri, istedadlı gənclərlə, gənc idmançılarla görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb, hər zaman yanınızdayıq deyib.

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edibQənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Uşaqlar Günündə böyüklərə çağırış edib