Prezident Sumqayıtda açılış etdi – Fotolar

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

İlham Əliyev və Sercio Mattarella tədbirdə çıxış ediblər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.