18 fevral bürclər

 

burc

Qoç – Çətin məsələlərin həllində təmkinli davranın. Peşəkar həyatda və şəxsi münasibətlərdə dəyişikliklər ola bilər.

Buğa – qəfil, amma xoş yeniliklər istisna deyil. İşlər çoxdur və axşama yaxın ciddi yorğunluq hissi yaranacaq. Orqanizminizi sınağa çəkməyin.
Əkizlər – ağır fiziki iş, yağlı yemək və səhhət üçün zərərli təamlardan imtina edin. Axşam saatlarında səhhətinizə fikir verin.
Xərçəng – ünsiyyət, mühüm məsələlərin müzakirəsi, səylərin birləşdirilməsi üçün önəmli vaxtdır. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onların hisslərini anlamağa çalışın.
Şir – yaxşı tanımadığınız insanların sizə qarşı yönələ biləcək planlarının reallaşması üçün münbit zəmin hazırlamayın. Ailə tədbirləri üçün əlverişli vaxtdır.
Qız – çətin qərarlar qəbul etməyə, başqalarına görə məsuliyyəti öz üzərinizə götürməyə hazır olun. Qətiyyətli, inadkar və əzmkar olun.
Tərəzi – yaxın ətrafınızdakı insanlara təsir edə biləcək təmkin və soyuqqanlılıqla irəliləyin. Nüfuzlu insanlarda xoş təəssürat yaradın. İşgüzar münasibətlərə dəyişikliklər etmək, yeni məqamları müəyyənləşdirmək olar.
Əqrəb – ofisdə və evdə yeniliklər üçün xeyirli gündür. Evdə kiçik təmirə başlamaq olar. Tamamilə fərqli, yeni sahədə qüvvənizi sınayın. Yeni gəlir mənbələri yarana bilər.
Oxatan – vaxt taparaq son vaxtların ən mühüm olaylarını təhlil edin. Gözlənilməz nəticələr hasil ola bilər.
Oğlaq – rutin, eyni işlər usandıra bilər. Yeni və qeyri-adi nə isə arayırsınız. Orijinal layihəyə və ya işə başlamaq olar.
Dolça – rahatlıq və sakitlik axtarışında olsanız da, günün ilk yarısı intensiv çalışmağı tələb edir. Əks cinsin mənsubu ilə rahatlıqla dil tapacaqsınız. Köməyə ehtiyacı olan insana real dəstək verin.
Balıqlar – yeni işə, sifarişin yerinə yetirilməsinə, layihəyə başlaya bilərsiniz. Kiçik səfərlər uğurlu, uzun səyahət isə uğursuz olacaq. Alış-veriş üçün düşərli gündür.

Comments are closed.