18 milyon manat bərpa olunub…

“Audit olunan obyektlərdə ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır”.

XALQ.AZ xəbər verir ki,  Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib.

Palata sədri bildirib ki, nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 18 milyon manat vəsaitin bərpasına nail olunub.

“Bu məbləğ az görünə bilər, lakin bu zaman hüquq mühafizə orqanlarına göndərilən materialları, eləcə də səmərəsiz xərclənmiş vəsaitləri də nəzərə almaq lazımdır. Elə məbləğlər var ki, onların bərpası mümkün olmur”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.