18 yaşlı qızı vəhşicəsinə zorladılar

Zorlama-2

Fransada gənc qızı kütləvi halda zorlayıblar.

Xalq.az-ın məlumatına görə, hadisə Fransanın paytaxtı Paris şəhərində baş verib. Gənc qızı zorlayanlar isə 3 qardaş və onların dostu olub. Həmin şəxslər 18 yaşlı qızı metrodan çıxandan sonra zorlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, qızı zorlayan 17, 15 və 13 yaşlı türk əsilli qardaşlar və onların dostudur.

Gənclər Paris metrosunda 18 yaşlı fransız qızı izləməyə başlayıblar. Qız metrodan çıxıb, parkın kənarında mobil telefonla danışmağa başalyıb. Qəfildən qızın üstünə hücum çəkən oğlanlar qızı döyərək parka aparıblar.

Onalr qızın üstündəki əşyaları alıblar. Sonra qızı soyundurub və kütləvi şəkildə zorlayıblar.

Qızı yaxınlıqdan maşını ilə keçən sürücü tapıb. O, xəstəxanaya yerləşdirilib.

Polis müşahidə kamerası vasitəsilə qızı zorlayanları tutub. Məhkəmə onların həbs olunmasını qərarını verib.