2 İyul Polis Günüdür

 

2

İyulun 2-də Azərbaycan polisi özünün peşə bayramını qeyd edir. Cəmiyyət həyatının bütün sahələri üçün hava və su kimi vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarını təbrik edir və onlara bu çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzu edir! Xatırladaq ki, 1918-ci il iyulun 2-də, Daxili İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən polis orqanlarının yaradılmasına başlanmışdır. 1998-ci il mayın 24-də isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin Polis günü elan edilməsi barədə xüsusi fərman imzaladı. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.