2 may burclər

burc

 

Qoç – Daima ünsiyyətdə olduğunuz doğma və yaxınlarııza xüsusi qayğı göstərin. Çünki planetlərin bürcünüzdəki neqativ düzülüşü hər türlü mübahisədən qaçmağa əsas verir. İstirahət etməyə dəyər.

Buğa – Bu gün xeyriyyəçi timsalında davranın. Hər hansı münaqişəni və ya düşmənçiliyi təsəvvürünüzə belə gətirməyin. Ünsiyyətdə olduğunuz insanları anlamağa çalışın. Yalan vəd verməyin.
Əkizlər – Əsas gücünüzü maliyyə problemlərinin həllinə yönəldin. Bunun üçün bütün mümkün variantları gözdən keçirin. Qarşınızda işlə bağlı yeniliklər də gözlənilir, amma səhhətinizi də qorumalısınız.
Xərçəng – Ulduzlar gün ərzində yeniliklərlə rastlaşacağınzı proqnozlaşdırır. Bu səbəbdən gün ərzində bir an da boş dayanmamalısınız. Axşama doğru yaxın bildiyiniz kəslərə qonaq gedə bilərsiniz.
Şir – Ötən ay xeyli işləriniz yarımçıq qaldığından bütün gücünüzlə onları başa çatdırmalısınız. Çünki bugünkü qədər şanslı olmayacaqsınız. Amma bütün qərarlarda ədalətə söykənməyə çalışın.
Qız – Əgər təkbaşına hər hansı işin öhdəsindən gələ bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ümumiyyətlə, bu gün kənardan deyilən tövsiyələrə daha ciddi yanaşın.
Tərəzi – Hər şeyə loyal yanaşın, ənənəvi olmayan heç bir işə müdaxilə etməyin. Nəzərə alın ki, bu gün hər hansı risk uğursuzluqla nəticələnə bilər. Siyasi proseslərdə isə “pərdə arxasına” keçin.
Əqrəb – Gün ərzində əsas idarəetmə öz əlinizdə olacaq. Odur ki, qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə bir qədər israrlı olmağınız vacibdir. Hər şeydən öncə informasiya toplamağa çalışın.
Oxatan – Ailə-sevgi münasibətlərinə ədalətli mövqedən yanaşsanız, heç bir probleminiz olmayacaq. Fəaliyyət zəminində də olaylar xeyrinizə işləyəcək. Amma rəhbərliklə mübahisə yaratmayın.
Oğlaq – Günün ilk yarısında bacardığınız qədər diqqətli olun ki, hər hansı fiziki zədə almayasınız. Təxminən saat 15-dən sonra isə bir neçə hadisə sizi məmnun edəcək. Bu gün səfərə çıxmayın.
Dolça – Münasibətlər sistemində diqqətli və ədalətli olun, ələlxüsus da ailə müstəvisində. Əgər qarşınızda duran bu təqvimdə hər hansı mübahisəyə yol versəniz, bu, uzun müddət davam edəcək.
Balıqlar – Əsas gücünüzü fəaliyyətə yönəldin. Öz bacarıq və məsuliyyətinizlə hörmət qazanmağa çalışın. Şəxsi büdcənizdə artım etmək üçün apardığınız danışıqlarda maksimum ehtiyatlı olun.